Tələbələr Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksində — FOTOLAR

SOSİAL 15 oktyabr 2025, 12:17
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsininin Kimya mühəndisliyi və Ekologiya kafedrasının tələbələri və müəllimlərindən ibarət heyətin Pirşağı Tullantı Sutəmizləyici Qurğularında təcrübə gəzintisi təşkil olunub. 
Universitetin əlaqədar ixtisaslar üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələri, həmçinin onları müşayiət edən pedaqoji heyət İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində fəaliyyət göstərən Pirşağı Tullantı Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar, istismarçı mütəxəssilər tərəfindən tullantı sularının müasir emal proseslərinin mexaniki, kimyəvi və bioloji pillələri barədə məlumatlandırılıblar. Pirşağı TSQ-nin müasir tipli laboratoriyası və SCADA idarəetmə sistemi gənc mühəndislər tərəfindən xüsusi maraqla qarşılanıb.

Hazırda Sumqayıt Dövlət Universitetində “Çirkab suların təmizlənməsi”, və “Çirkab suların təmizlənməsi qurğularının hesablanması və layihələndirilməsi” fənnləri ADSEA əməkdaşı tərəfindən tədris olunur. Tədris ADSEA əməkdaşlarının ərsəyə gətirdiyi “Tullantı sutəmizləyici qurğuların istismarı” vəsaiti əsasında həyata keçirilir.

Gələcəkdə bu tipli təcrübə gəzintilərinin davam etdirilməsi nəzərdə tutlur.

 






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 13:44
Top