"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi turizmin inkişafına yönəlmiş yeni layihəyə start verib — FOTOLAR

TURİZM 15 oktyabr 2025, 13:32
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyi "Turistik kəndlərdə turizm üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək" adlı yeni layihənin icrasına başlayıb.

Layihə Azərbaycanın Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yerləşən turistik kəndlərin - Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, Astaranın Sım və Qubanın Qrız kəndlərinin turizm potensialını daha geniş auditoriyaya tanıtmaq, bu kəndlərdə turizmin inkişafına töhfə verməkdir. Bu məqsədlə bölgələrdən seçiləcək nümayəndələr üçün peşəkar PR və marketinq təlimləri təşkil olunacaq, həmçinin yeni turizm məhsullarının yaradılması istiqamətində təşəbbüslərə dəstək veriləcək.

Layihə çərçivəsində sahə üzrə mütəxəssislər turistik kəndlərə səfərlər edərək, hər bir kəndin spesifik xüsusiyyətlərini nəzərə alan xüsusi təlim proqramları hazırlayacaqlar. Təlimlərdə həmin kəndlərdə bələdçi kimi fəaliyyət göstərən şəxslərin də iştirakı nəzərdə tutulur.

Seçilmiş iştirakçılar üçün keçiriləcək təlimlərdə onların turistik kəndləri daha effektiv şəkildə təbliğ etməsi, turist cəlbi üçün müasir kommunikasiya və marketinq alətlərindən istifadə bacarıqlarının artırılması hədəflənir. Layihə çərçivəsində, həmçinin, turistik kəndləri tanıdan videoçarxın hazırlanması da planlaşdırılır.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 13:44
Top