Türkiyədə bu ilin avqust ayının sonunadək ölkənin 18 kruiz limanı ümumilikdə 1,5 milyon sərnişin qəbul edib. Bu göstərici son 12 ilin ən yüksək nəticəsi olmaqla, Türkiyənin beynəlxalq kruiz turizmində yüksələn mövqeyini bir daha təsdiqləyir.
"APA-Economics" xəbər verir ki, 2025-ci ilin ilk səkkiz ayının yekunlarına görə, kruiz gəmilərinin sayı ötən illə müqayisədə 17 faiz artaraq 878-ə çatıb (2024-cü ildə 753). Sərnişin sayı 2023-cü illə müqayisədə 56 faiz, 2024-cü illə müqayisədə isə 18 faiz artım nümayiş etdirib. Yalnız avqust ayında 357 min 646 sərnişin qəbul olunub ki, bu da bütün dövrlərin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb.
Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, bu ilin ilk səkkiz ayı ərzində ölkənin 18 kruiz limanı ümumilikdə təxminən 1,5 milyon sərnişin qəbul edib. Bu, son 12 ilin ən yüksək göstəricisidir. Bu il ölkədə kruiz sərnişinlərinin sayı 2023-cü illə müqayisədə 56 faiz, 2024-cü illə müqayisədə isə 18 faiz artıb. Təkcə avqust ayında Türkiyə limanları 357 min 646 sərnişin qəbul etməklə bütün dövrlərin aylıq rekordunu müəyyən edib. İlin sonuna qədər Türkiyənin 600 min sərnişin hədəfini keçəcəyi proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 130 faizlik artım deməkdir.