"TƏBİB gec də olsa etiraf etmiş olur ki, məktəb çantaları həqiqətən də uşaqlar üçün yük yaradır. Məktəbli çantalarının ağır olması ilə bağlı müzakirələr davam edir. Bu, şübhəsiz ki, tədris və dərsliklərin sayının çox olması ilə əlaqədardır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.
"Biz elektron dərsliklərə keçə bilmədiyimiz üçün bu yük hələ də qalır. Digər tərəfdən, dərsliklərə əlavə iş dəftərləri vəsaitləri də çap olunur və onların da xeyli çəkisi var.
Kitabların ağır olması uşaqların fiziki inkişafına ziyan vurur. Hesab edirəm ki, gələcəkdə dərslərin elektron formada tədrisi çox faydalı ola bilər və bu, problemi qismən həll etmiş olar".
O bildirib ki, dərsliklərin həcminin böyük olması və fənlər arası inteqrasiyanın yetərincə istifadə olunmaması da dərsliklərin ağırlığını artırır:
"Bir çox ölkələrdə artıq dərsliklər elə hazırlanır ki, fənlərin bir-birinə inteqrasiyası nəticəsində dərsliklərin həcmi azalır. Həcmin azalması isə məktəb çantalarının ağırlaşmasının qarşısını ala bilər.
Uzunmüddətli perspektivdə isə bu məsələdə hələlik ortaq bir həll yolu tapmaq mümkün olmayıb".
Əfsanə Kamal
Demokrat.az