Əmlak bölgüsü ilə bağlı varisin məhkəməyə getmədiyi təqdirdə necə pay ala biləcəyi məsələsi sual doğurur.
Vəkil Emil Aslanlı bu haqda Demokrat.az-a bildirib ki, varislərdən biri məhkəməyə getmədiyi halda belə məhkəmə onun üçün pay ayırır:
"Əgər payların bölüşdürülməsi məhkəmə tərəfindən müəyyən edilibsə, onun payı da məhkəmə tərəfindən təyin olunur. Əgər məhkəmə qərar verməyibsə, notariat orqanı onun payını müəyyən edib ona verir".
Vəkil deyib ki, varislərdən biri rəhmətə gedibsə, ayların bölüşdürülməsi sistemli şəkildə həyata keçirilir:
"Məhkəmə ölən şəxsin qardaşının olduğunu müəyyən etsə, o zaman onun payı da həmin qardaşa ayrılır. Yəni sistem vasitəsilə kimlər varislərdirsə, onların payları məhkəmə tərəfindən təyin olunub bölüşdürülür".
Əfsanə Kamal
Demokrat.az