“Azərbaycanda etibarnamə ilə avtomobil idarəetmənin sonu yaxınlaşır” — Ekspert

GÜNDƏM 09 oktyabr 2025, 18:39
“Hazırda Azərbaycanda etibarnamə ilə avtomobil idarəetmə sistemi hələ də qüvvədədir”.

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

O əlavə edib ki, bu sistemə görə, avtomobilin sahibi başqa şəxsə etibarname vasitəsilə idarəetmə hüququ verə bilər:

“Etibarname olmadan avtomobil idarə edən şəxs inzibati məsuliyyət daşıyır və 40 manat məbləğində cərimə olunur. Son aylarda mediada bu sistemin artıq köhnəldiyi və ləğv olunmasının vacibliyi müzakirə edilir.
Etibarname mexanizmi şəffaf deyil və tez-tez sui-istifadə hallarına səbəb olur.

Bəzi vətəndaşlar etibarname vasitəsilə avtomobil satır, lakin rəsmi qeydiyyat dəyişmədiyi üçün hüquqi problemlər yaranır.

Bu vəziyyət həm alıcını, həm də satıcını risk altında qoyur. Yeni yanaşmada avtomobilin idarəetmə hüququ yalnız rəsmi qeydiyyat əsasında verilməlidir. Yəni, avtomobili istifadə edən şəxs mülkiyyətçi kimi qeydiyyatdan keçməli və məsuliyyəti tam üzərinə götürməlidir. Bu dəyişiklik həm yol hərəkəti təhlükəsizliyini, həm də vergi və sığorta şəffaflığını artıracaq. Əgər yeni qaydalar qəbul olunsa, gələcəkdə avtomobil satışı və idarəetmə yalnız rəsmi müqavilə əsasında həyata keçiriləcək. Bu da onu göstərir ki, Azərbaycanda etibarname ilə avtomobil idarə etmək dövrü doğrudan da sona yaxınlaşır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 20:13
Top