"Buna görə də abort halları artıb və bu, həm şəxsi, həm də cəmiyyət üçün böyük bir çağırışdır"

GÜNDƏM 09 oktyabr 2025, 19:47
"İnsanlar uşaq sahibi olmaq istəmədikdə abort halları artır. Amma bizdəki həqiqətən problemli bir vəziyyətdir. Bir həkim kimi deyə bilərəm ki, bu həm etik, həm də sosial baxımdan narahatlıq doğurur".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. 

"Normal inkişaf etmiş cəmiyyətlərdə insanlar hamilə qalmaq istəmirsə, əvvəlcədən qorunur və aborta ehtiyac qalmır. Amma bizdə vəziyyət fərqlidir. Bir tərəfdən ailə planlaması anlayışı mövcuddur, insanlar uşağın sayını azaltmağın vacibliyini başa düşür. Digər tərəfdən isə hamilə qalmağın məsuliyyətini və nəticələrini tam anlamırlar. Nəticədə, abort halları baş verir.Biz bir tərəfdən inkişaf etmişik, amma hələ bu inkişafa tamam hazır deyilik. Biz bilirik ki, ailəni planlamaq lazımdır və uşaq sahibi olmaq planlı şəkildə olmalıdır. Amma hamilə qalmamaq yollarını düzgün öyrənmədiyimiz üçün aborta məcbur oluruq. 
Buna görə də abort halları artıb və bu, həm şəxsi, həm də cəmiyyət üçün böyük bir çağırışdır.

Qeyd edək ki, statistikaya əsasən bu il abort sayında artım müşahidə edilir. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top