“Söküntü işləri zamanı vətəndaşların ayrılan kompensasiya məbləğindən narazı qalması ilk dəfə deyil. Çox belə hallar olub. Bunun həlli yolu həm vətəndaşın, həm sahibkarın qiymətləndirmə şirkətinə müraciət etməsidir. Əgər Baş Plana əsasən dövlət ehtiyacları üçün həmin ərazilər alınırsa, təbii ki, müvafiq komissiyalar bu barədə qərar verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O qeyd edib ki, istənilən variantda vətəndaşın müstəqil qiymətləndirmə şirkətinə müraciət etməsi və real kompensasiya dəyərini müəyyən etmək üçün sifariş verməsi daha doğrudur:

“Vətəndaş ona ayrılan məbləğdən razı deyilsə, qiymətləndirmə şirkətinə müraciət etməli, həmin hesabatı əldə etdikdən sonra məhkəməyə müraciət etməlidir. Hazırda kompensasiya məbləğinin müəyyən edilməsi istiqamətində konkret mexanizm yoxdur. Bəzi hallarda tenderlər keçirilir, tenderdə qalib gələn şirkətlər məbləği təyin edirlər. Bəzən isə müvafiq icra strukturlarının yanında yaradılmış komissiyalar bunu edir. Vahid bir mexanizm olmalıdır, qiymətləndirmə şirkətləri obyektib şəkildə bu prosesdə iştirak etməlidirlər”.
Cavidan Mirzəzadə
Demokrat.az