Səfər Əbiyevdən xəbər var

SOSİAL 15 oktyabr 2025, 13:44
Vəzifədən azad olunduqdan sonra ictimaiyyət arasında görünməyən, mətbuatla əlaqə saxlamayan keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdən yeni xəbər var.

Demokrat.az bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, o, bir neçə gün əvvəl vəfat edən general-mayor Rasim Əliyevin yas mərasiminə qatılıb.

Bakıdakı Heydər məscidində keçirilən mərasimdə S.Əbiyevin dövründə Müdafiə Nazirliyində yüksək vəzifə tutan zabitlər, o cümlədən müdafiə nazirinin sabiq müavini, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı, general-polkovnik Kərəm Mustafayev (S.Əbiyevin dövründə korpus komandiri olub), hazırda xidmətdə olan hərbçilər də iştirak ediblər.

Onlar S.Əbiyevlə görüşüblər, hal-əhval tutublar. 75 yaşlı sabiq nazir gümrah görkəmdə olub.

Xatırladaq ki, 1950-ci il təvəllüdlü S.Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top