Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

SOSİAL 15 oktyabr 2025, 10:27
Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Demokrat.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 11:34
Top