Azərbaycanın “İstisu” mineral içkisi Belarusa ixrac olunur.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda çıxışı zamanı deyib.
Tural Hacılının sözlərinə görə, iki ölkə arasında aparılan səmərəli əməkdaşlıq nəticəsində məhsulun ixracına dair bütün zəruri mərhələlər uğurla tamamlanıb.
“Biz hazırda “İstisu” mineral içkisini Belarus bazarında təşviq edirik. Müvafiq müqavilə imzalanıb, Avrasiya İqtisadi İttifaqı çərçivəsində laborator sınaqlar və qeydiyyat prosesi yekunlaşıb. Artıq məhsulun ilk partiyasının ixracı həyata keçirilib”, – deyə AZPROMO rəsmisi bildirib.