İctimai nəqliyyatdakı problem aradan qalxdı — YENİLƏNİB

SOSİAL 14 oktyabr 2025, 20:06

Mövcud problemlə bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb:

“Hazırda “Birbank” mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur.

Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir.

Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq “m10” rəqəmsal ödəniş sitemindən, “BakıKart”ın fiziki kartlarından və ya mobil tətbiqindən istifadə etmələri tövsiyə olunur”.

***

“Birbank” məsələ ilə bağlı açıqlama yayaraq problemin aradan qaldırıldığını bildirib:

“Birbank”da bir sıra ödənişlərdə yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb. Hazırda müştərilərimiz xidmətlərimizdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər. Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik”.


XXX

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.


Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur.

Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib. 

Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 23:56
Top