"İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə, hazırda dünyanın ən mühüm siyasi hadisələrindən biri olan və uzun illər davam edən münaqişənin həllinə yönəlmiş “Yaxın Şərq Sülh Sammiti”ndə iştirakı Azərbaycanın güclü beynəlxalq nüfuzunu və qlobal güclər tərəfindən etimad edildiyini sübut edir, eyni zamanda Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyinin güclənməsi, regional və qlobal miqyasda nüfuzunun artması baxımından böyük əhəmiyyət daşıyır".
Bunu Demokrat.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. O bildirib ki, İlham Əliyevin belə yüksək səviyyəli sammitdə iştirakı, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş və dialoqda mühüm iştirakçı kimi qəbul edildiyini və ölkəmizin qlobal məsələlərdə söz sahibi olduğunu təsdiqləyir:
"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda sülh və əməkdaşlıq çağırışları ilə çıxış edir. Prezident İlham Əliyevin sülh sammitində iştirakı, Azərbaycanın sülh tərəfdarı olduğunu və bu prinsipləri təkcə regionda deyil, qlobal miqyasda da dəstəklədiyini nümayiş etdirir.
ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə xüsusi hörmət göstərməsi və onu şəxsən Sammitə dəvət etməsi iki mühüm məqamı ortaya qoyur. İlham Əliyevin beynəlxalq arenada şəxsi nüfuzu və liderlik keyfiyyətləri Azərbaycanın prinsipial, müstəqil, eyni zamanda praqmatik siyasət yürütməsi dünya liderləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan–ABŞ münasibətlərində yeni etimad mərhələsi, birinci şəxslərin dostluq münasibətləri bu əlaqələri möhkəmləndirir".
Cavidan Mirzəzadə
Demokrat.az