Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib ki, Ermənistan heç vaxt Konstitusiyasına dəyişiklik etmək üçün heç bir üçüncü tərəf qarşısında öhdəlik götürməyib və götürməyəcək. O qeyd edib ki, konstitusiyaya dəyişiklik etmək Ermənistan vətəndaşlarının müstəsna olaraq qərar verəcəyi məsələdir və daxili siyasi gündəmin bir hissəsidir. Bəsmo bu açıqlama ilə hansı mesajı ötürməyə çalışır?
Bu barədə Demokrat.az-a danışan politoloq Natiq Miri deyib ki, Azərbaycana və Türkiyəyə ərazi iddiası Ermənistanın müstəqillik bəyannaməsində qeyd olunub və Ermənistan Konstitusiyasının preambulasında buna istinad var:
"Ona görə də Ermənistan Konstitusiyasını dəyişdirmək sadəcə preambulanı dəyişdirmək planı deyil. Ermənistanda yeni Konstitusiya hazırlanır və referenduma buraxılır. Buna görə də sadəcə preambulanın bir ifadəsini dəyişmək, bunu Azərbaycanın qarşısında götürdüyü öhdəlik kimi təqdim etmək olmaz. Heç bir siyasətçi, dövlət adamı uzun müddət düşmənçilikdə olduğu tərəfin tələbi ilə Konstitusiyanı dəyişdirib fikrini deməz, deyə bilməz. Buna görə təqdimatdan çox şey asılıdır.
Üstəlik, Ermənistanın yeni Konstitusiyasında yeni hüquqi reallıqlar və qayələr yer alacaq ki, bu da əsasən real Ermənistan qayəsinə uyğun bir model olacaq. Bu kontekstdə bir çox məsələlər legitimləşdiriləcək ki, bunların içində Ermənistanın beynəlxalq birlik tərəfindən qəbul olunan sərhədləri də var. Yəni, ərazi bütövlüyü məsələsi də legitimləşdiriləcək. Bu da Ermənistana müəyyən mənada təbii təhlükəsizlik vəd edir.
Buna görə məsələləri qarışdırmaq lazım deyil. Mirzoyanın dediyi də budur. Əgər Mirzoyan desə ki, bəli, Ermənistan Azərbaycanın tələbi ilə Konstitusiyanı dəyişdirir, bu, Ermənistan hakimiyyətinin öz ayağına güllə açması deməkdir. Ancaq məsələyə böyük anlamda baxmaq lazımdır. Çünki sadəcə bir maddənin dəyişdirilməsindən söhbət getmir. Ermənistanda dördüncü respublikanın təsbit olunmasından söhbət gedir ki, burada da dövlətin yeni Konstitusiyasının hazırlanması nəzərdə tutulur. Və referendumda qəbul olunacaq Konstitusiya dördüncü respublikanın ana qayəsi olacaq. Bu ana qanunda, Konstitusiyada artıq hansısa bir preambulada başqa dövlətlərə ərazi iddiası olmayacaq. Gerçək bundan ibarətdir. Ona görə də Mirzoyanın açıqlaması üzərinə götürdüyü öhdəlikdən qaçmaq və yaxud prosesi manipulyasiya etmək demək deyil. Sadəcə gerçəkləri, Ermənistan hökumətinin əsas niyyətini ortaya qoymaqdır. Bu kontekstdə Azərbaycanın da əsas tələbi yerinə yetirilirsə, bu, Azərbaycanın maraqlarına uyğun bir davranışdır".
Cavidan Mirzəzadə
Demokrat.az