“Taksilərin sayı müəyyən qədər məhdudlaşdırıldı, indi artıq istənilən adam maşına oturub taksi xidməti göstərə bilməz, xüsusi icazələr lazımdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. O bildirib ki, qiymətlər isə tələb-təklif əsasında formalaşacaq:
“Əvvəllər anormal ucuz qiymətlər idi. Məlumatıma görə 2 il bundan qabaq Bakının özündə 50-60 min taksi var idi. Görək indi bu islahatların sonu nəyə gətirib çıxaracaq. Müsbət tərəfləri də var, mənfi tərəfi təbii ki, qiymətlərin qalxmasıdır. Bu islahatlardan sonra qiymətlərin 10-15 faiz artacağını düşünürəm. İctimai nəqliyyatın inkişafı da taksi xidmətinə təsir göstərəcək”.
Cavidan Mirzəzadə
Demokrat.az