XİN başçısı: Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır

GÜNDƏM 14 oktyabr 2025, 20:42
"ATƏT sədri ilə keçirdiyim görüşdə Cənubi Qafqaz bölgəsində hazırkı vəziyyət də müzakirə olunub".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə keçirdiyi birgə brifinqdə deyib.

Nazirin sözlərinə görə, Gürcüstan hər zaman olduğu kimi regionda sülh və sabitliyin tərəfdarı olaraq qalır.

Nazir Gürcüstanın ATƏT-lə əməkdaşlığa önəm verdiyini, təşkilatın müstəqil institutları çərçivəsində fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 23:56
Top