HAMAS hərəkatı könüllü olaraq tərksilah olmazsa, ABŞ bunu zorla edəcək.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp HAMAS-ın necə silahsızlandırılacağı barədə ətraflı açıqlama verməkdən imtina edib.
“Bunu sizə izah etmək öhdəliyim yoxdur. Onlar bilirlər ki, biz oyun oynamırıq”, – deyə ABŞ administrasiyasının rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton HAMAS-ın silahsızlanmasını “məqbul bir müddət” ərzində gözləyir.