İran XİN rəhbərinin ailə fotosu tənqid edildi — FOTOLAR

DÜNYA 14 oktyabr 2025, 14:28
İranın xarici işlər naziri Abbas Əraqçının ailə həyatı ictimai müzakirələrin mərkəzinə çevrilib. Nazirin həyat yoldaşı Arzu Əhmədvəndin şəxsi "Instagram" hesabında qızlarının ad günü şənliyindən paylaşdığı görüntülər ölkədə böyük rezonans doğurub.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Şəkildə uşağın qarşısında ABŞ-nin simvolları ilə bəzədilmiş tort və hədiyyələr görünür. Bu detal bəzi istifadəçilərin qəzəbinə səbəb olub. Onlar İranın rəsmi təmsilçisinin belə bir simvolikadan istifadə etməsini "uyğunsuz" hesab ediblər.

Digər sosial media istifadəçiləri isə bu reaksiyaları ədalətsiz sayıblar: "Əraqçı xarici işlər naziri olduğu üçün övladına ad günü keçirməsin? Hansı uşağın tortunda bu gün xarici cizgi qəhrəmanı yoxdur ki?"
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top