Tokayev Vahid Ələkbərovla görüşdü

XARİCİ SİYASƏT 14 oktyabr 2025, 16:41
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Lukoil” şirkətinin qurucusu, azərbaycanlı iş adamı Vahid Ələkbərovla görüşüb.

Demokrat.az xəbər verir ki, görüş zamanı “Lukoil” şirkətinin Qazaxıstandakı fəaliyyəti, o cümlədən “Kalamkas-dəniz” və “Xəzər” yataqlarının işlənməsi layihələri müzakirə olunub.

Tokayev, “Lukoil”un Qazaxıstanda 30 illik fəaliyyətini qeyd edərək Ələkbərovu bu yubiley münasibətilə təbrik edib və ölkənin enerji sektorunun inkişafına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1 sentyabr 1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov əslən azərbaycanlıdır və postsovet məkanında ən nüfuzlu neft sənayesi liderlərindən biri hesab olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 19:43
Top