Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə polis tərəfindən saxlanılıb.
Demokrat.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Rəvan Həsənzadə içkili vəziyyətdə Səbail rayonunda avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb. O, səs-küy salaraq narahatlıq yaradıb, DYP əməkdaşları ilə mübahisə edib. Bu səbəbdən o, 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb və barəsində protokol tərtib olunub.
Məhkəmə iclasında Rəvan Həsənzadə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib və bağışlanması barədə qərar qəbul edilməsini xahiş edib. Məhkəmə onun səhvini və beynəlxalq təşkilatındakı fəaliyyətini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəyə xitam verib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat məbləğində cərimə edilib.