DTX sabiq icra başçısını hakim qarşısına çıxarır

HADİSƏ 14 oktyabr 2025, 17:03
Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılır.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.

Vəsatətə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Hazırda həmin əməliyyatla saxlanılan M.Şəkiliyevin icra başçısı  olduğu dövrdə yol verilən qanun pozuntuları araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 19:53
Top