“Sədərək”dəki insidentlə bağlı DİN-dən AÇIQLAMA

HADİSƏ 14 oktyabr 2025, 10:09
Xəbər verdiyimiz kimi, “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb. 

Demokrat.az xəbər verir ki, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır: “Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 12:23
Top