Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verildi

SOSİAL 14 oktyabr 2025, 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib.

Demokrat.az xəbər verir ki, onlardan 5,9 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 8,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 9 ayında əlilliyi olan 11,2 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 13:19
14 oktyabr 2025, 12:23
Top