Təhsilə ən böyük investisiyaları dövlət qoyur — İdris İsayev

GÜNDƏM 14 oktyabr 2025, 12:40
Azərbaycanda təhsilə 2025-ci ildə 4,9 milyard manat vəsait ayrılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.

O bildirib ki, son illərdə təhsil sahəsində bir sıra dövlət proqramları, konsepsiyalar və strategiyalar həyata keçirilib.

Bu sənədlərin əsas istiqaməti təhsilin keyfiyyətinin artırılması, əlçatanlığının təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması və təhsil islahatlarının ardıcıl şəkildə həyata keçirilməsidir.

Nazir müavini vurğulayıb ki, təhsilə ən böyük investisiyalar əsasən dövlət tərəfindən qoyulur:

“Dünya təcrübəsinə baxdıqda görürük ki, orta hesabla təhsil investisiyalarının təxminən 85 faizi dövlətin, 15 faizi isə özəl sektorun payına düşür. Lakin bu göstərici ölkələrə və təhsil səviyyələrinə görə dəyişir. Azərbaycan üzrə isə bu nisbət bir qədər fərqlidir, yəni təhsil sahəsinə qoyulan investisiyaların təxminən 95 faizi dövlət büdcəsindən, cəmi 5 faizi isə özəl sektor tərəfindən qarşılanır. Dövlətimiz hər il dövlət büdcəsindən təxminən 5 milyard manata yaxın vəsaiti məhz təhsil sahəsinə yönəldir. Bu, ümumi daxili məhsulun təxminən 3,8 faizinə bərabərdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 14:22
Top