"Azər-Türk Bank" ASC-ya yeni Baş risk inzibatçısı təyin edilib.
Demokrat.az xəbər verir ki, Bankın Müşahidə Şurasının qərarı ilə İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı vəzifəsinə Tural Həsənov təyin edilib. Baş risk inzibatçısı vəzifəsində Emil Ələkbərovu əvəz edəcək Tural Həsənov uzun müddət tənzimləyici qurumda və bank sektorunda müxtəlif vəzifələrdə çalışıb, "Unibank" Kommersiya Bankının İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müşaviri olub.
Eyni zamanda, Bankın İdarə Heyətinin sədri Orxan Hüseynovun səlahiyyət müddətinin bitdiyinə görə, Mərkəzi Bankın təsdiq etdiyi "Banklarda korporativ idarəetmə Standartları"nın tələblərinə əsasən yeni İdarə Heyətinin sədri vəzifəyə təyin olunanadək Tural Həsənov sədr vəzifəsini icra edəcək.
Xatırladaq ki, Bankın Müşahidə Şurasının yeni tərkibi 30 iyun 2025-ci il tarixində səhmdarların növbəti ümumi yığıncağının qərarı ilə təsdiq edilib.