“Bakı şəhəri üzrə taksi fəaliyyətinə verilən icazələrin sayının 25 minlə məhdudlaşdırılması nəqliyyat sistemində müəyyən tənzimləmə məqsədi daşıyır. Bu qərar, xüsusilə son illərdə taksi fəaliyyətinin sürətlə artması və bunun tıxaclara, dayanacaq çatışmazlığına, eləcə də nizamsızlığa səbəb olması fonunda qəbul olunub”.
Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O əlavə edib ki, paytaxtda hazırda minlərlə fərdi avtomobil qeyri-rəsmi şəkildə taksi kimi fəaliyyət göstərir, bu da nəqliyyat axınını artırır:
“Yeni limitin tətbiqi bazarda taksi sayını optimallaşdıracaq və nəqliyyat infrastrukturuna düşən yükü azalda bilər. Lakin bu qərarın tıxacların tam qarşısını alacağı real deyil, çünki tıxac probleminin əsas səbəbi təkcə taksilər deyil, həm də fərdi avtomobillərin çoxluğudur. Bununla belə, sistemli icazə mexanizmi qeyri-qanuni taksi fəaliyyətini məhdudlaşdıraraq yollarda qayda-intizamı gücləndirəcək. İcazə məhdudiyyəti sürücülər arasında rəqabəti azaldıb xidmət qiymətlərinə müəyyən təsir göstərə bilər. Bu, xüsusilə gündəlik sərnişin daşımalarında qiymətlərin artım riski deməkdir. Keyfiyyətli və lisenziyalı xidmətlərə üstünlük veriləcəyi gözlənilir. Əgər paralel olaraq ictimai nəqliyyatın səviyyəsi artırılarsa, bu addım tıxacların azalmasına real təsir göstərə bilər. Sadəcə icazə məhdudiyyəti ilə problemi tam aradan qaldırmaq mümkün deyil”.
Leyla Turan
Demokrat.az