Ukrayna Prezidenti Volodimir Zelenski Odessa meri Gennadi Truxanovun vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.
Demokrat.az xəbər verir ki, o bu barədə öz teleqram kanalında məlumat verib.
“Müəyyən şəxslərin Rusiya vətəndaşlığı təsdiqlənib və onlarla bağlı müvafiq qərarlar hazırlanıb. Mən fərmanı imzalamışam, - Zelenski yazıb.
“Strana.ua” nəşrinin məlumatına görə, Zelenski Truxanovdan başqa Ali Radanın keçmiş deputatı Oleq Tsarev və balet artisti Sergey Poluninin də vətəndaşlığını ləğv edib.
Qeyd edək ki, G. Truxanov daha əvvəl Ukrayna vətəndaşlığının ləğvi ilə bağlı apellyasiya şikayəti verəcəyini açıqlamışdı.