Məlum olduğu kimi, dünən Misirdə 20-dən çox ölkə liderinin iştirakı ilə Yaxın Şərq Sülh Sammiti baş tutub. İsrailin Baş naziri Benyamin Netanyahu ilk olaraq sammitdə iştirakını təsdiq etsə də, tədbirdən bir neçə saat əvvəl onun yəhudi bayramı ilə əlaqədar tədbirə qatılmayacağı açıqlanıb.
Demokrat.az xəbər verir ki, “TRT Haber” B.Netanyahunun sammitdə əslində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın buna etiraz etməsi səbəbindən iştirak etmədiyini yazıb.
Bildirilib ki, Ərdoğan Misirə yollanarkən diplomatik kanallarla bir neçə ölkə ilə həmin məsələ barədə müzakirələr aparıb.
Məlumata görə, adı açıqlanmayan həmin ölkələr isə Türkiyənin mövqeyini dəstəkləyib, nəticədə Netanyahunun sammitdə iştirak etməyəcəyi açıqlanıb.
Bununla belə, sözügedən iddia ilə bağlı İsrail tərəfindən rəsmi açıqlama verilməyib.