Azərbaycanda qəbul imtahanları elektronlaşır? — Təhsil eksperti AÇIQLADI

GÜNDƏM 14 oktyabr 2025, 12:50
"Növbəti tədris ilində magistratura pilləsində dövlət imtahanlarının bəzi komponentlərinin elektron formada keçirilməsi planlaşdırılır. Bununla belə, cəmiyyətdə Dövlət İmtahan Mərkəzinin texniki imkanları ilə bağlı bəzi suallar yaranıb".

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

O, bildirib ki, məlumatlara görə, Mərkəzdə hazırda 1500-dən çox kompüter mövcuddur və bu, tələbələrin elektron imtahan verməsi üçün, xüsusilə danışıq (speaking) və dinləmə (listening) mərhələlərinin keçirilməsi baxımından yetərli texnoloji baza yaradır:

"Lakin regionlarda yaşayan magistratura namizədlərinin bu imtahanlarda iştirak imkanları açıq sual olaraq qalır. Onların yalnız Bakıya gəlməklə imtahan verə bilməsi müəyyən çətinliklər yarada bilər. Bu baxımdan, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə Dövlət İmtahan Mərkəzinin elektron imtahan resurslarının olub-olmaması məsələsi gündəmə gəlir".

Ekspert bildirib ki, regionlarda imtahanların təşkilinə dair mexanizmlər aydınlaşdırılmalı və bu istiqamətdə DİM-in rəsmi mövqeyi açıqlanmalıdır.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 14:22
Top