İspaniyanın Valensiya şəhərində leysan yağış və daşqınlardan sonra təxminən 15 il əvvəl öldüyü güman edilən kişinin skeleti aşkar edilib.
AzPost bildirir ki, bu barədə El Caso nəşri xəbər verir.
Fontsanta məhəlləsindəki Calle Luis Fenolle-də yerləşən binanın damında tıxanmış kanalın suyu mənzillrdən birinə axıb. Həmin mənzilin sahibi çoxdan imiş ki, görünmürdü. Qocanın itkin düşməsi qeydə alınmayıb və qonşular onun qocalar evinə köçməsindən şübhələniblər.
Güclü daşqın sakinləri sığorta şirkətləri ilə əlaqə saxlamağa məcbur edib. Xilasedicilər fəsadları aradan qaldırmaq üçün pəncərədən həmin mənzilə daxil olublar. Bu zaman onlar içəridə dağınıqlıq və quş yuvaları arasında bir skelet tapıblar. Qalıqların bu il 86 yaşı tamam olacaq mənzilin sahibinə aid olduğu güman edilir.
Mütəxəssislər adamın ölümünün təxminən 15 il əvvəl təbii səbəblər və ya qəza nəticəsində baş verdiyini düşünürlər. Mənbənin sözlərinə görə, polis ölüm səbəbi kimi hər hansı zorakılığı istisna edir. Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.