Azərbaycan əhalisinin sayı açıqlandı

SOSİAL 14 oktyabr 2025, 15:18
2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24 611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top