Nazirlikdən işsizlərə ŞAD XƏBƏR

SOSİAL 14 oktyabr 2025, 14:15
"Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində "Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması" pilot layihəsinə başlanılır.

Demokrat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pilot layihə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində özünüməşğulluğunu təmin etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi daşıyır.

Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top