Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

XARİCİ SİYASƏT 14 oktyabr 2025, 17:35
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycanın artmaqda olan regional rolu, ikitərəfli münasibətlər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ukrayna, regional inkişaflar barədə müzakirələr aparılıb:

"Görüş Azərbaycanın regional diplomatiyanın ön sıralarında olduğu, sammitlərlə zəngin bir ayda baş tutub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 19:53
Top