Professor dövlət qurumunu ittiham etdi — “Monopoliya ilə məşğuldular”

GÜNDƏM 14 oktyabr 2025, 20:32
"Bu kimi hadisələr çoxdan gözlənilirdi və hər gün baş verir. Mən reklam haqqında qanunu yazanlardan biri kimi, Ümumdünya Reklamçılar Asossasiyasının üzvü kimi deyə bilərəm ki, Azərbaycan Dövlət Reklam Agentliyinin adı belə olsa da, yalnız açıq havada olan reklamlara nəzarət edir. Nə metroda, nəqliyyatda, nə mediada, nə sosial şəbəkələrdə reklamlara nəzarət hüququ yoxdur. Yaxşı ki, yoxdur. Açıq havada olan reklamları bu günə salıbsa, digər sahələr də həvalə olunsaydı, onları da bu günə salardı". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Sədərək Ticarət Mərkəzində ADRA əməkdaşları ilə mühafizəçilər arasında baş verən insidentdən danışan Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, professor Cahid Həsənov deyib. O iddia edib ki, qurum monopoliya ilə məşğuldur:



“Bölgələrdə, Bakıda bir dənə şirkət reklam qoya bilmir. Bir tərəfdən monopoliya yaradıblar, digər tərəfdən başqa şirkətlərin qoyduğu reklamları yararsız hesab edib, kəsib atırlar. Əvəzində xüsusi təyin edilmiş şirkətləri yerləşdirirlər. Necə olur ki, bunların əməkdaşlıq etdiyi şirkətlər reklam qoya bilir, digər yerli şirkətlər qoya bilmir?”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 23:56
Top