“Kərə yağının daşınma və gömrük xərclərinin bahalaşması qiymətlərin artmasına səbəb ola bilər”.
Bu sözləri iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, bu məhsul əsasən xaricdən gətirilir:
“Məhsul ölkəyə gələnə qədər onun üzərinə bir çox xərc əlavə olunur. Daşıma, yanacaq və gömrük rüsumları bahalaşanda ümumi maya dəyəri artır. İdxalçılar bu əlavə xərci öz cibindən ödəmək istəmir. Onlar bu xərci mağazalara satdıqları qiymətə əlavə edirlər.
Mağazalar da qiyməti artıraraq həmin fərqi alıcıdan çıxır. Beləliklə, zəncirvari şəkildə bahalaşma baş verir. Kərə yağı bazarda idxaldan çox asılı olduğu üçün bu təsir daha güclü olur. Daxili istehsal az olduğundan qiymət artımını balanslaşdırmaq çətindir.
Əgər xərclər uzun müddət yüksək qalarsa, bahalaşma davam edə bilər. Qiymətlərdə 10–15 faiz civarında artım mümkündür.
Yəni yaxın vaxtlarda mağazalarda kərə yağı bir qədər daha baha ola bilər”.
Leyla Turan
Demokrat.az