Vərəm hallarında azalma müşahidə olunur — Həkim ehtiyatlı olmağa çağırır

GÜNDƏM 14 oktyabr 2025, 13:06
“3136 nəfərdə ilkin və residiv vərəm halının qeydə alınması, əvvəlki illərlə müqayisədə azalma göstərsə də, hələ də ciddi ictimai səhiyyə problemi olaraq qalır. Vərəm hava-damcı yolu ilə asanlıqla yayılan yoluxucu xəstəlik olduğundan, hər bir aktiv xəstə potensial yoluxdurucu mənbə hesab edilir”. 

Bunu pulmonoloq  Elvin Məmmədov  Demokrat.az-a açıqlamasında deyib. 

Həkim deyib ki, bu səbəbdən 5 minə yaxın aktiv vərəm xəstəsinin qeydiyyatda olması, epidemioloji nəzarətin daim güclü saxlanmasını tələb edir:

“Azalma tendensiyası dövlət proqramlarının, erkən diaqnostika və müalicə tədbirlərinin nəticəsi kimi qiymətləndirilə bilər. Lakin bu, tam arxayınlıq yaratmamalıdır. Xüsusilə müalicəni yarımçıq saxlayan və ya dərmanlara davamlı vərəm formalarına malik xəstələr ictimai sağlamlıq üçün ciddi risk daşıyır. Vərəm hallarının qarşısının alınması üçün mütəmadi skrininq, sosial maarifləndirmə və peyvəndləmə tədbirlərinin gücləndirilməsi vacibdir. Eyni zamanda, xəstələrin sosial təminatı və psixoloji dəstəyi müalicə prosesinin uğuru üçün mühüm rol oynayır. Hazırda vərəm xəstəliyinin idarə olunması nəzarət altındadır, lakin regionlarda tibbi xidmətə çıxışın çətin olması bəzi hallarda gec diaqnostikaya səbəb olur. Bu, xəstəliyin gizli yayılma ehtimalını artırır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 14:22
Top