Qala Həyat” Sığorta Şirkəti ASC valideynlər üçün yeni “Təhsil Sığortası” məhsulunu təqdim edib.
Demokrat.az xəbər verir ki, bu sığorta növü valideynlərə övladlarının təhsil gələcəyini daha etibarlı şəkildə təmin etmək imkanı yaradır.
Yeni məhsulun əsas məqsədi valideynin hər hansı bədbəxt hadisə nəticəsində (vəfat və ya əmək qabiliyyətini itirmə) övladının təhsilinin yarımçıq qalmamasını təmin etməkdir.
Təhsil Sığortası aşağıdakı şərtlərlə təqdim olunur:
Valideynin ölümü və ya III qrup əlilliyi halında – 100% sığorta ödənişi;
II qrup əlillik halında – 60% sığorta ödənişi;
İllik təminat məbləği – 50.000 AZN-ə qədər;
Sığorta müddəti – uşağın təhsil dövrünü əhatə edir.
“Qala Həyat” Sığorta Şirkəti bildirir ki, “Təhsil Sığortası” valideynlərin gözlənilməz hallarda belə övladlarının gələcəyini etibarda saxlaması üçün mühüm təminat vasitəsidir.
Şirkət müştəriləri Bakı şəhəri, İzmir küçəsi 5A ünvanında və ya “1540 çağrı mərkəzi”nə zəng etməklə ətraflı məlumat əldə edə bilərlər.
Əlaqə telefonu: (012) 404 77 74
Demokrat.az