Oktyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılışı keçirilib. Sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı reallaşır.
Dünyaca məşhur meksikalı rəssam Dieqo Riveraya (1886-1957) həsr olunmuş sərgi Anauakali Muzeyinin beynəlxalq miqyasda təqdim etdiyi ilk layihədir. Sərgidə rəssamın bədii irsini əhatə edən 100-ə yaxın fotoqrafik reproduksiya – divar rəsmləri, rəsm və eskizlər, eləcə də arxiv fotoşəkilləri və sənədlər nümayiş etdirilir.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Tereza Moya çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.
Sərginin mərkəzi bölməsi Dieqo Riveranın şəxsi təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinə həsr olunub. Mexiko şəhərində yerləşən bu unikal məkan rəssamın özü tərəfindən layihələndirilib.
Sərgi dekabrın 30-dək ziyarət üçün açıq olacaq.