Bu hallarda müştəri gözəllik salonunu məhkəməyə verə bilər — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 15 oktyabr 2025, 13:30
"İstənilən xidmətdə olduğu kimi, əgər xidmət zamanı zərər vurulubsa, zərəri çəkən şəxs məhkəmə qaydasında həmin zərərin əvəzini, yəni kompensasiyasını zərər vuran tərəfdən tələb edə bilər".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, əgər bu hadisə cinayət xarakteri daşıyırsa, həmin şəxsə qarşı həm də cinayət işi açıla bilər:

"Məsələn, xidmət göstərən şəxsin fəaliyyət üçün icazəsi və ya lisenziyası yox idisə, yaxud lisenziya və icazədən kənar şəkildə lazımı qaydalara riayət etmədən xidmət göstəribsə, vətəndaş buna görə şikayət edə bilər".

Vəkil bildirib ki, zərər çəkmiş vətəndaşın müdafiəsi əsasən dövlət qurumlarının nəzarətindədir:

"Amma real vəziyyətdə, əgər maddi ziyan varsa, vətəndaş məhkəməyə müraciət edərək kompensasiya tələb edə bilər".

Qeyd edək ki, sosial şəbəkələrdə "Beauty Time" adlı gözəllik salonunda lazer epilyasiyası zamanı vətəndaşın dodaq hissəsindən yanıq xəsarəti alması barədə məlumat yayılıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 13:44
Top