"Əgər taksi xidməti həmin standartlara cavab vermirsə..." — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 15 oktyabr 2025, 13:41
"Taksi xidmətinə kvota qoyulması ümumiyyətlə anormal bir haldır. Əslində bu, bir növ məhdudlaşdırmadır. Əgər “Taksi fəaliyyəti haqqında” qanunda sərnişin daşıma xidməti, ictimai nəqliyyat xidməti ilə bağlı konkret kvotalar göstərilsəydi, bu normal hesab oluna bilərdi".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov deyib.

O, bildirib ki, hazırda belə bir qanun yoxdur:

"Bu, həm xidmətə, həm də xidmətin keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, hava limanından sərnişini Bakıya və ya digər istiqamətlərə gətirən taksi niyə bunu edə bilməməlidir? Niyə qadağa tətbiq olunmalıdır? Bu, heç bir qanunda yazılmayıb və özbaşınalıqdır".

Ekspert bildirib ki, hava limanı kimi konkret ərazilərdə isə sərnişin daşıma xidmətinə müəyyən standartlar və tələblər qoyula bilər:

"Əgər taksi xidməti həmin standartlara cavab vermirsə, ona qarşı fərdi qaydada cəza və ya qadağalar tətbiq oluna bilər. Amma əsas şərt odur ki, xidmətin keyfiyyətini yaxşılaşdırmaq, standartlara uyğun fəaliyyət göstərmək mümkündürsə, taksi öz fəaliyyətini davam etdirə bilər. Beləliklə, kvotalar və qadağalar bazar və azad rəqabət prinsiplərini pozur və qanunvericilikdə də təsbit olunmayıb".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 13:44
Top