General İsmayıl Hüseynov vəzifəsindən azad olundu

SİYASƏT 15 oktyabr 2025, 13:15
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

Demokrat.az  “Bakupost”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 oktyabr 2025, 13:44
Top