Ekvadorda güclü PARTLAYIŞ: Ölən və yaralananlar var

DÜNYA 15 oktyabr 2025, 09:22
Ekvadorun Qvayaquil şəhərində "Mall del Sol" ticarət mərkəzinin qarşısında güclü partlayış baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "La Republica" məlumat yayıb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb, onlardan biri ölüb. Yaralanan iki şəxs taksi sürücüsüdür.

Partlayış dalğası ticarət mərkəzinin fasadına, yaxınlıqda park edilmiş avtomobillərə və ətrafdakı binalara zərər vurub.

Hadisə yerinə istehkamçılar və polis cəlb olunub, ətraf ərazi təhlükəsizlik məqsədilə bağlanıb.

İlkin ehtimallara görə, partlayışa səbəb avtomobillərdən birinin altına yerləşdirilmiş mina olub, lakin hüquq-mühafizə orqanları bu versiyanı hələlik tam təsdiqləyə bilmirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top