"Vəfat edən şəxsin kredit borcu məsələsi qanunvericiliklə, xüsusilə də kredit müqaviləsinin şərtlərinə əsasən tənzimlənir. Azərbaycanda bu, Mülki Məcəllə, bank qanunvericiliyi və sığorta qaydaları ilə müəyyən olunur".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, vəfat edən şəxsin kredit borcu avtomatik olaraq silinmir:
"Əgər onun həyat sığortası varsa, ölüm haqqında şəhadətnamə və digər sənədlər banka təqdim edildikdən sonra kredit borcu sığorta şirkəti tərəfindən ödənilir. Əgər həyat sığortası yoxdursa, Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən, kredit öhdəliyi varislərə keçir. Lakin bu borc, onlara ötürülən əmlakın dəyərindən artıq ola bilməz. Məsələn, əgər vəfat edən şəxsin 15 min manat borcu, amma 10 min manatlıq əmlakı varsa, qalan 5 min manat bank tərəfindən silinir".
Ekspert bildirib ki, dövlət xətti ilə verilmiş tələbə kreditləri və bəzi digər kreditlər vəfat halında avtomatik silinir:
"Lakin ipoteka kreditləri bu kateqoriyaya daxil deyil və həmin borclar varislərə keçərək onlar tərəfindən ödənilməlidir".
Əfsanə Kamal
Demokrat.az