Yaşıl çay insan sağlamlığına bu problemləri yaradır — Mütəxəssisdən XƏBƏRDARLIQ

MARAQLI 09 iyul 2025, 21:22
"Yaşıl çay yalnız düzgün miqdarda qəbul edildikdə faydalı hesab olunur. Antioksidantlarla zəngindir, maddələr mübadiləsini sürətləndirir, ürək-damar sağlamlığına faydalıdır və bəzi tədqiqatlara görə xərçəng riskini azalda bilər.
Lakin həddindən artıq istifadə olunduqda ya bəzi insanlarda xüsusi hallarda zərərli təsirləri ola bilər".


Bu sözləri Demokrat.az-a açıqlamasında qida mühəndisi, nutrisoloq Fərid Səfərov deyib. 

O bildirib ki, çox miqdarda içildikdə mədə turşusunu artıraraq qastrit və reflü əlamətlərini şiddətləndirə bilər:

"Acqarına içildikdə bəzi insanlarda ürəkbulanma və mədə ağrısına səbəb ola bilər. Həddən artıq yaşıl çay istifadəsi tərkibindəki tanin maddəsi səbəbindən dəmirin sorulmasını azalda bilər. 
Kofein ehtiva etdiyi üçün həssas şəxslərdə yuxu pozğunluqları, təşviş, ürək döyüntüsü yarada bilər. Bununla belə yaşıl çay istehlakı hamiləlik və südvermə dövründə riskli hesab olunur. 

Hamilə qadınlar çox yaşıl çay içərsə, fol turşusunun sorulması azala bilər. Gündə 1-2 stəkandan artıq içilməsi bu dövrdə tövsiyə olunmur. Bir çox qida əlavələri və dərmanlar kimi digər ərmanlarla qarşılıqlı təsirə girə bilər. 

Daim dərman istifadə edən şəxslər həkimlə məsləhətləşməlidir".


Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top