YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Bu məhsulları satanlar 5 min manat cərimələnəcək

Bu məhsulları satanlar 5 min manat cərimələnəcək

Azərbaycanda müəyyən gücə malik elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilib. Qanunvericiliyin tələblərini pozan sahibkarları isə minlərlə manatlıq cərimə gözləyir.

Demokrat.az xəbər verir ki, belə ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, 60 Vt və daha yüksək gücə malik elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik lampaların dövriyyəsi isə iyulun 1-dən qadağan olunub.

Qadağa istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadə üçün nəzərdə tutulan lampalara şamil edilmir. Məsələnin diqqətçəkən tərəfi isə bu tələblərin pozulmasına görə ciddi maliyyə sanksiyalarının müəyyən edilməsidir.

İnzibati Xətalar Məcəlləsinin 279.2-ci maddəsinə əsasən, qadağan olunmuş lampaların idxalına, istehsalına və ya satışına görə həmin lampalar müsadirə edilməklə, vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-4 000 manat məbləğində cərimə edilir.

Eyni pozuntuya görə inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar yol verildikdə cərimələrin məbləği artır. Bu halda vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-5 000 manat cərimə edilir. Lampalar yenə müsadirə olunur.

Beləliklə, qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməyən sahibkarları təkrar pozuntuya görə 5 min manatadək cərimə gözləyir.