YapiKredi Müraciət Forması
Avto

Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – Paralel ixracın fəsadı

Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – Paralel ixracın fəsadı

Rusiyada "Li Auto" sahibləri kütləvi haker hücumları ilə üzləşiblər.

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, onlar avtomobilin idarəetmə sistemini məsafədən ələ keçirirlər. Hakerlər ya kondisioneri işə salır, ya ekranı söndürür, ya da maşının ümumiyyətlə işə salınmasına mane olurlar. Bundan sonra isə avtomobil sahibi ilə əlaqə yaradaraq bloklanmanı götürmək üçün haqq tələb edirlər.

Ən ciddi problem Çin mobil operatorlarının nömrələri quraşdırılmış avtomobillərdə müşahidə edilir. Bu nömrələr Çindən qeyri-rəsmi formada gətirilmiş avtomobillərdə olur.

B
Qeyd edilməyib