YapiKredi Müraciət Forması
Media

BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək

BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində dekan dəyişikliyi gözlənilir.

2017-ci ildən fakültənin dekanı vəzifəsini icra edən Vüqar Zifəroğlu yeni müddət üçün keçiriləcək müsabiqəyə qatılmayıb. Bu səbəbdən onun vəzifədən ayrılacağı ehtimal olunur.

Yeni dekan postuna üç namizədin adı hallanır. Bunlar Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova və Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmlidir.

Qeyd edək ki, mövcud qaydalara görə, universitetlərdə dekanlar müsabiqə əsasında beş il müddətinə seçilirlər. Yeni müsabiqə mövcud müqavilənin başa çatmasına ən azı iki ay qalmış elan edilməlidir.

Qaydalara əsasən, eyni şəxs bir universitetdə dekan vəzifəsinə ardıcıl olaraq ikidən çox müddətə seçilə bilməz. Dekan vəzifəsinin müvəqqəti icrası isə maksimum üç ay müddətinə həvalə oluna bilər. (modern.az)

Bəxtiyar Umarlı
Managing Editor