Şəmkirdə ağır qəza — 1 ölü, 3 yaralı

HADİSƏ 09 iyul 2025, 09:07
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, qəza Şəmkir-Şiştəpə yolu adlanan ərazidə qeydə alınıb. 

İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Anar Atakişizadə idarə etdiyi “KİA Cerato” markalı avtomobili aşırdıb və nəticədə 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev ölüb. 

Anar Atakişizadə və Şiştəpə kənd sakinləri - 32 yaşlı Orxan Atakişiyev və onuna eyni yaşda olan Cəmil İbadullayev xəsarətlər alıblar. 

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top