"Qalatasaray" Viktor Osimhenin transferində müsbət nəticələr qazanıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Napoli" ilə danışıqlarda son problemləri aradan qaldırmağa çalışır.
"Qalatasaray"ın Osimhen üçün "Napoli"yə ödəniləcək məbləği 4-5 ilə bölmək istəyir. İstanbul klubu italyanlara ümumilikdə 75 milyon avro təklif edib.
Bununla belə, İtaliya klubu transfer haqqının maksimum iki hissədə ödənilməsində israrlıdır. Tərəflər hələlik bu məsələdə razılığa gəlməyiblər.
"Qalatasaray" rəhbərliyi nigeriyalı ulduz üçün 16 milyon avro xalis illik maaş və sponsorluq gəliri də daxil olmaqla cəlbedici paket hazırlayıb. Osimhen "Qalatasaray"ın təklifini qəbul edib.
Jalə
Demokrat.az