“Qalatasaray” onu göndərdi

İDMAN 08 iyul 2025, 23:57
“Qalatasaray” futbolçusu Taylan Antalyalı ilə yolları ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2019-cu ildən “Qalatasaray”ın üzvüdür. O, bu müddətdə “Anakaragücü”, “Samsunspor” və “Bodrum”da icarə əsasında oynayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top